Maykl Essyeni "Səbail”ə transfer edən AFFA rəhbərliyi Andrey Arşavinin də ölkəmizə gəlməsində maraqlı imiş. Assosiasiya rəsmiləri onun pulunu özləri ödəməklə, klublarımızdan birinə yerləşdirməyi düşünürmüş.
Rusiyalıya bununla bağlı təklif edilib, amma o, Essyendən fərqli olaraq, özünə hörmət qoyub və pula görə razılıq verməyib. Bakıda "Ulduzlar matçı”nda iştirak edən Andrey ümumiyyətlə, danışıqlara ehtiyac görməyib.
"Zenit”, "Arsenal” kimi məşhur komandaların formasını geymiş Arşavin, "Kuban”da da oynayıb. O, 2016-cı ildə Qazaxıstan "Kayrat”ında çıxış etdikdən sonra karyerasını bitirib. pizza sifarişi
Fanat.Az
Telegram kanalımız