“Səbail“ə 3 legioner qapıçı təklif olunub

saytların hazırlanması

Evə çatdırılma

“Səbail“ə 3 legioner qapıçı təklif olunub

İdman

30 Yanvar 2019 16:17 988


“Səbail” klubu Qazaxıstanın “Tobol” komandasına keçən Emil Balayevin əvəzinə 3 qapıçını gözdən keçirir.

Bu barədə komandanın baş məşqçisi Aftandil Hacıyev məlumat verib. O, bildirib ki, menecerlər tərəfindən onlara ukraynalı Aleksandr Rıbka, rusiyalı Artyom Leonov və serbiyalı Nikola Mitroviç təklif olunub.

Kiyev "Dinamo"su və Donetsk "Şaxtyor"unun sabiq qolkiperi Rıbka hazırda Türkiyənin I Divizionunda “Afyonspor”da çıxış edir. O, əvvəllər Ukrayna yığmasında da forma geyinib. Son klubu Rusiya “Xaborovsk”ı olan Leonov hazırda işsizdir. Mitroviç isə vətənində “Borats”ın formasını geyinir. pizza hut

Baş məşqçinin sözlərinə görə, nigeriyalı hücumçu Oke Akpovetanın transferi üçün də danışıq gedir. 2014-cü ildə "Rəvan"da çıxış etmiş Akpovetanın hazırda İsveçin “Eskilstuna” klubu ilə müqaviləsi var.

Qeyd edək ki, Emil Balayev "Tobol" klubu ilə 2 illik müqavilə bağlayıb. 

Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!