“Səbail“in qapıçısına cəza verilib

saytların hazırlanması

Evə çatdırılma

“Səbail“in qapıçısına cəza verilib

İdman

16 Aprel 2019 20:02 873


AFFA İntizam Komitəsi "Səbail" klubunun qapıçısı Aleksandr Rıbkanı 3 oyunluq cəzalandırıb. 

"Yeni Sabah" xəbər verir ki, buna səbəb 32 yaşlı qolkiperin XXIV turda "Neftçi" ilə matçda sarı vərəqə aldıqdan sonra təhqiredici ifadələr işlətməsidir. Ukraynalı oyunçunun klubuna isə 1600 manat məbləğində cərimə kəsilib. Rıbkaya verilən 3 oyun cəzanın 2 oyunu şərti cəza kimi tətbiq edilib və 6 ay sınaq müddəti verilib. Sınaq müddəti ərzində o, yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək. 

Bu görüşdə həmçinin "Neftçi"nin 4 oyunçusu sarı vərəqə ilə cəzalanıb. Bununla əlaqədar flaqman 800 manat məbləğində cərimələnib.   Pepperoni pizza

"Keşlə" ilə səfər oyununda "Qəbələ"nin məşqçisi Elmar Baxşıyev hakimə qarşı kəskin etiraz etdiyi üçün texniki zonadan kənarlaşdırılıb. İntizam Komitəsi Baxşıyevə bir matçlıq cəza verib və klubunu 800 manat cəriməyə məruz qoyub. 

Qeyd edək ki, "Səbail" - "Neftçi" matçı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. "Qəbələ" isə "Keşlə"ni məğlub edib - 2:1. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!