Şəbnəm Tovuzlu: “Mən də bilirəm, Amerikanın paytaxtı Nyu-Yorkdur“ - Foto

saytların hazırlanması

Evə çatdırılma

Şəbnəm Tovuzlu: “Mən də bilirəm, Amerikanın paytaxtı Nyu-Yorkdur“ - Foto

Şou

17 Aprel 2019 22:18 3928


ARB TV-də yayımlanan “Hüseynova bacıları” verilişində  “Avropada dörd ölkə” sualına “Amerikanın özü, İtaliya” cavabını verən müğənni Şəbnəm Tovuzlu izləyicisinə kobud cavab verib.

"Yeni Sabah" xəbər verir ki, "İnstagram"da verilişdəki səhv cavabını müğənniyə xatırladan istifadəçinin “özünüzü biabır etməyin, ayıbdır” sözlərindən sonra Şəbnəm belə reaksiya göstərib:

"Bilirəm Avropa ölkələri hansılardır və Amerikanın paytaxtı haradır (Nyu-Yorkdur). Kimlərsə reytinq xatirinə mənim karyerama zərbə vurur. Dominos pizza

Görünür, göz düzəldən yerdə qaş çıxardan Şəbnəm xanım Amerikanın paytaxtının Vaşinqton olmasından xəbərsizdir.

 Şəbnəm xanım "karyera" sözünün əvəzinə isə "koryera" işlətməsi isə diqqətdən yayınmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!