Şəbnəm Tovuzlunun prodüserindən aqressiv açıqlama 

saytların hazırlanması

Evə çatdırılma

Şəbnəm Tovuzlunun prodüserindən aqressiv açıqlama 

Şou

08 May 2019 14:39 1515


Müğənni Şəbnəm Tovuzlunun yol  hərəkəti qaydasını pozması haqqında xəbər vermişdik. Paytaxtın mərkəzi küçələrində Ş. Tovuzlu həmkarı Sabina Selcan ilə "ötüşüb"və bu hadisə lentə alınıb.

“Yeni Sabah” məsələ ilə bağlı müğənninin münasibətini öyrənməyə çalışıb. Lakin müğənni zənglərə cavab verməyib. Ş.Tovuzlunun prodüseri Şəhanə Aydınqızı isə suala aqressiv cavab verib. İki diplomu olduğunu bildirən Aydınqızının dediklərini heç bir şərh vermədən təqdim edirik: 

“Burada nə var ki? Maşın sürüb də, nə edib ki? Gedin, başqa şeylərdən yazın. Şuşanın işğalı günüdür. Gedin, Şuşadan yazın. Siz jurnalist deyilsiniz! Məktəb keçməmisiniz. Mənim kimi iki universitet bitirsəydiniz, indi mənə zəng etməzdiniz...”. Sezar pizza

Qeyd edək ki, yayılan videogörüntüdə müğənninin avtoxuliqanlıq etdiyi görünür və qanunvericiliyin tələbinə görə bu pozuntunu edən şəxslər sürücülük hüququndan məhrum edilməklə yüksək məbləğdə cərimə olunur. 

Əcəmi Əsədulla

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!