“Şəbnəmə lağ edirdi, indi isə...” - Nigar Camal QINANDI   + VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Şəbnəmə lağ edirdi, indi isə...” - Nigar Camal QINANDI + VİDEO

Şou

22 İyul 2025 10:02 720


Müğənni Nigar Camal yay mövsümünə yeni kliplə start verib.

Yenisabah.az xəbər verir ki, ifaçının təqdim etdiyi mahnı “Axtarmasan” adlanır. 

Sözləri Nazilə Səfərliyə, musiqisi isə Pərviz Hüseynə məxsusdur. Klip artıq müxtəlif platformalarda yayımlanıb. Toyuqlu pizza

Lakin mahnı sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. 

Bir çox izləyici həm musiqi, həm də sözlər baxımından mahnını tənqid atəşinə tutub. Sosial mediada səsləndirilən fikirlər arasında klipin mahnının məzmunu ilə uyğunluq təşkil etmədiyi də qeyd olunub.

Bəzi izləyicilər ifaya sərt yanaşaraq, “Şəbnəmə lağ edib, indi isə bu cür mahnı oxuyur”, “Söz yazdırmağa 5-10 minin yox idi?”, “Dünyanın ən pis musiqisi və sözləri” kimi fikirlər səsləndiriblər.

Qeyd edək ki, Nigar Camal son dövrlərdə təkcə musiqi fəaliyyəti ilə deyil, həm də sosial mediada aktivliyi ilə seçilir.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!