Seçki günü hava necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Seçki günü hava necə olacaq?

Sosial

31 Avqust 2024 11:56 381


Bakıda və Abşeron yarımadasında sentyabrın 1-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.  pizza hut

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 21-26° isti olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!