“Seçki sisteminin dəyişdiriləcəyi gözlənilir” - İlqar Məmmədov

saytların hazırlanması

Evə çatdırılma

“Seçki sisteminin dəyişdiriləcəyi gözlənilir” - İlqar Məmmədov

Siyasət

22 Aprel 2023 15:04 1073


“2020-ci ildə biz çox məhdud nəticə əldə etdik. Biz bir namizədlə parlament partiyası olmuşuq. Gələcəyə gəlincə, bizim Prezident Administrasiyası və parlament rəhbərliyi ilə apardığımız dialoq nəticəsində formalaşan gözləntilərimiz var”. 

Yenisabah.az xəbər verir ki, REAL Partiyasının sədri İlqar Məmmədov Minval.az-a müsahibəsində mümkün parlament seçkiləri, Seçki Məcəlləsində dəyişikliklərlə bağlı danışıb.

“Seçki sisteminin dəyişdiriləcəyi, proporsional təmsilçiliyin tətbiq ediləcəyi gözlənilir: ya qarışıq, ya da sırf proporsional seçki sistemi. Hakim partiya bunda maraqlıdır və təşəbbüs hakimiyyətdən gəlir. Bu proses Azərbaycanla Ermənistan arasındakı münaqişə səbəbindən müəyyən qədər səngidi. Buna baxmayaraq, biz bilmirik ki, majoritar seçkilərə, yoxsa qarışıq sistemə hazırlaşmalıyıq. Amma biz müəyyən hazırlıq işləri görürük: partiya üzvləri ilə ünsiyyət qururuq, kriteriyaları müəyyənləşdiririk, parlamentdə iştirakımızı artırmaq üçün seçki kampaniyası zamanı qaldırıla biləcək mövzuların axtarışı ilə bağlı ölkədəki vəziyyəti öyrənirik”, - deyə o bildirib.  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!