Seçkidə anasının yerinə səs verdi, cəzalandı

saytların hazırlanması

Evə çatdırılma

Seçkidə anasının yerinə səs verdi, cəzalandı

Dünya

02 May 2022 09:00 268


Finiks məhkəməsi 64 yaşlı Arizona sakini Treysi Key MakKini 2020-ci ildə ölmüş anasının yerinə səs verdiyinə görə 2 il sınaq müddəti, cərimə və ictimai iş cəzasına məhkum edib.

Yenisabah.az AP-yə istinadla xəbər verir ki, keçmiş ABŞ prezidenti Donald Trampın bir çox tərəfdarları Arizona və digər ştatlarda məğlubiyyətə səbəb olan bu sayaq geniş seçki saxtakarlığının olduğuna iddia etmişdi.

MakKi hökm çıxar;lmazdan əvvəl hönkür-hönkür ağlayıb. O, anasını itirdiyi üçün yas tutduğunu və seçkinin nəticələrinə təsir etmək niyyətində olmadığını bildirib. Toyuqlu pizza

Həm MakKi, həm də anası Meri Arendt respublikaçı kimi qeydiyyatdan keçiblər. 

Arendt 5 oktyabr 2020-ci ildə erkən səsvermə bülletenlərinin seçicilərə göndərilməsindən 2 gün əvvəl vəfat edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!