“Sədərək” ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür

saytların hazırlanması

Evə çatdırılma

“Sədərək” ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür

Sosial

24 Avqust 2025 14:16 528


"Sədərək" ticarət mərkəzində baş verən yanğınla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yollarda təhlükəsizlik tədbirləri görülür.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, yanğın səbəbindən əraziyə yaxın yollarda hərəkətin intensivliyi artıb.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisə yerinə cəlb olunaraq nəqliyyatın hərəkətinin təhlükəsizliyini təmin edir və yaranmış sıxlığın qarşısını almaq üçün zəruri tədbirlər görürlər. pizza hut

Vətəndaşlardan xahiş olunur ki, hərəkətdə olarkən yol polisi əməkdaşlarının tələblərinə riayət etsinlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!