“Sədərək Yusif” Ramiz Mehdiyevlə yollarını ayırdı

saytların hazırlanması

Evə çatdırılma

“Sədərək Yusif” Ramiz Mehdiyevlə yollarını ayırdı

Siyasət

03 İyun 2022 08:43 11929


Uzun illər Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə biznes şəriki olan “Sədərək Yusif” kimi tanınan Yusif Qədiməliyev onunla yollarını ayırıb.

“Yeni Sabah” xəbər verir ki, bu baradə Gununsesi.info-ya məlumat verən mənbənin sözlərinə görə, Ramiz Mehdiyevin “vurulmasından” sonra sahibi olduğu Sədərək Ticarət Mərkəzini itirmək təhlükəsi qarşısında qalan Yusif Qədiməliyev bu addımı atmağa məcbur olub.

Hər ay Ramiz Mehdiyevə milyonlarla vəsait verən “Sədərək Yusif” əksər biznes layihələrində onu özünə şərik seçmişdi. Dominos pizza

Bunun da müqabilində toxunulmazlıq statusu alan Yusif Qədiməliyev uzun illər on milyonlarla vergidən yayına bilmişdi.

Mənbəmizin məlumatına görə, Ramiz Mehdiyevin yola salınmasından sonra “Sədərək Yusif”in başının üstünü vergi orqanı alıb.

Qaynağımızın sözlərinə görə, Yusif Qədiməliyev həyatını əyləncə məclislərində keçirən oğlunu da həmin dövrdə Türkiyəyə köçürüb.

Artıq həbs təhlükəsi ilə üzləşən iş adamı Ramiz Mehdiyevdən imtina ilə yanaşı Sədərək Ticarət Mərkəzinin şəriki kimi yeni isim seçib.

Hakimiyyətdə söz sahibi olan həmin şəriki Yusif Qədiməliyevin həbsxanaya gedən yolunu bağlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!