Sədr əmr imzaladı -   Emil Xəlilova yüksək vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Sədr əmr imzaladı - Emil Xəlilova yüksək vəzifə verildi

İqtisadiyyat

10 Fevral 2026 15:12 799


Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-yə yeni direktor təyin edilib.

“Yeni Sabah” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Agentliyinin sədri Elnur Bağırov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Xəlilov Emil Vahid oğlu təyin olunub. Dördpendirli pizza

Qeyd edək, E.Xəlilov 1985-ci ildə anadan olub.

2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsini bitirib.

2023-2024-cü illərdə Avropa Birliyi tərəfindən maliyyələşdirilən, Madrid Texniki Universiteti və Milan Texniki Universiteti tərəfindən dəstəklənən “Dövlət xidmətləri üçün süni intellekt” (AI4GOV) magistr proqramınının iştirakçısı olub.

Əmək fəaliyyətinə 2007-ci ildə bank sahəsində hüquqşünas olaraq başlayıb. 2008-2020-ci illərdə ölkənin müxtəlif banklarında baş hüquqşünas, şöbə müdiri və departament direktoru vəzifələrini icra edib.

2020-2022-ci illərdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin üzvü vəzifəsində çalışıb.

2022-2023-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökümətin İnkişafı Mərkəzinin Hüquq və sənədlərlə iş departamentinin rəhbəri vəzifəsində fəaliyyət göstərib.

2023-2024-cü illərdə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-nin (TƏBİB) İcraçı direktorunun müşaviri vəzifəsində çalışıb. 2024-cü ildən cari təyinatadək “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-nin İnnovasiya və Təchizat Mərkəzinin Hüquq, İnsan resursları və Sənədlərlə iş departamentinin rəhbəri vəzifəsində çalışıb.

Ailəlidir, 3 övladı var.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!