Səfər Mehdiyev sözünü dandı:   “Deputatları deməmişəm...“ + Video

saytların hazırlanması

Evə çatdırılma

Səfər Mehdiyev sözünü dandı: “Deputatları deməmişəm...“ + Video

Siyasət

14 Dekabr 2021 11:34 1828


“Çox təəssüf ki, parlament layiq olmadığı haqsız təkpilərlə üzləşir. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin müsahibəsindən sonra da bu təpkilər artıb”.

Yenisabah.az-ın xəbərinə görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Elşən Musayev parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Milli Məclis hər zaman bütün dövlət qurumlarına ehtiramla yanaşıb: “Sanki, bu müsahibədə bir anlaşılmazlıq var. Bəlkə də Səfər Mehdiyevin çıxışı təhrif olunub. Buna aydınlıq gətirilməlidir”. Dördpendirli pizza

Milli Məclisin sədri Sahibə Qafarova isə qeyd edib ki, bu günlərdə Səfər Mehdiyevin bir neçə saytda müsahibəsi verilib: “Müsahibənin bir yerində deputatlar qanunsuz fəaliyyətdə ittiham edib. Dünən Səfər müəllim mənə zəng edərək deyib ki, onun fikirləri təhrif olunub. Əslində o deputatları deyil, məmurları nəzərdə tutub”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!