“Səfər Mehdiyevin həbsi heç nəyi dəyişməyəcək” – Arif Hacılı

saytların hazırlanması

Evə çatdırılma

“Səfər Mehdiyevin həbsi heç nəyi dəyişməyəcək” – Arif Hacılı

Siyasət

26 İyul 2022 13:58 7983


Xəbər verdiyimiz kimi, Prezidentin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsindən uzaqlaşdırılan Səfər Mehdiyevin ölkədən çıxışına məhdudiyyət qoyulub.

Sabiq komitə sədrinin ölkədən çıxışının qadağan olunması Gömrük Komitəsinin yüksək vəzifəli şəxslərinin həbsindən sonra başlanmış cinayət işinin istintaqı ilə bağlıdır.

Hazırkı durumu “Yeni Sabah”a şərh edən Müsavat Partiyasının başqanı Arif Hacılı Səfər Mehdiyevin şəxsi fəaliyyəti barəsində söz demək istəmədiyini vurğulasa da, DGK-da baş verən hadisələrə öz münasibətini bildirib. Sezar pizza

O, qeyd edib ki, Azərbaycanda gömrük sistemi faktiki olaraq rüşvət və korrupsiyanın əsas mərkəzlərindən biri səviyyəsindədir:

“Ölkəyə malların gətirilməsi sahəsində qoyulan rüsumlar, bu sahədə olan rüşvətin miqyası ölkədə hər kəsə bəllidir. Avtomobillərin gömrük rüsumlarının ödənilməsi digər ölkələrdə olduğundan dəfələrlə yüksəkdir. Məlumatlar var ki, həmin gömrük qeydiyyatına alınmadan sonra vəsaitlərin böyük əksəriyyəti dövlət büdcəsinə yox, ayrı-ayrı şəxslərin ciblərinə daxil olur. Ölkəyə gətirilən hər hansı, hətta qadağa qoyulmamış məhsullarla bağlı özbaşınalıq davam edir. Ölkəyə telefon, ətir və digər elektron məhsulların gətirilməsi çox böyük rüsumla müşayiət olunur və o sahədə böyük rüşvətlər mövcuddur. Bu baxımdan, DGK-yə bir zamanlar rəhbərlik edən şəxs barəsində hər hansı cinayət təqibinin olması heç də təəccüblü deyil”.

Müsavat başqanı onu da əlavə edib ki, DGK sədrinin vəzifədən kənarlaşdırılması və yaxud onun həbs olunması nəyisə dəyişməyəcək:

“Ümumiyyətlə, gömrük sistemində qlobal və konseptual dəyişiklik baş verməlidir, rüşvətə son qoyulmalıdır, bu sahədə fəaliyyət şəffaflaşdırılmalıdır, gömrükdən əldə olunan vəsaitlər barədə şəffaf olaraq məlumatlar verilməlidir. 

Yalnız bu yolla gömrükdə vəziyyətin yaxşılaşdırılmasına nail olmaq mümkündür. Əks halda sistem əvvəlki qaydada öz fəaliyyətini davam etdirəcəksə, həbs ediləcək olan gömrük sədrinin indiyədək törətdiyi əməlləri onun yerinə gələn yeni sədr davam etdirəcək”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!