Səfərbərlik Xidməti jurnalistləri mükafatlandırdı

saytların hazırlanması

Evə çatdırılma

Səfərbərlik Xidməti jurnalistləri mükafatlandırdı

Sosial

05 Fevral 2019 21:49 967


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü münasibətilə və vətənpərvərlik təbliğatının yüksəldilməsi məqsədi ilə kütləvi informasiya vasitələrinin nümayəndələri arasında keçirilmiş yazı müsabiqəsinin qaliblərinin təltif edilməsi mərasimi keçirilib.

“Yeni Sabah” xəbər verir ki, tədbiri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor, Zaur Abdullayev açaraq Silahlı Qüvvələrin formalaşmasında Ulu Öndər Heydər Əliyev tərəfindən misilsiz işlər həyata keçirildiyini nəzərə çatdırıb. Qeyd edib ki, İlham Əliyevin rəhbərliyi altında davam etdirilən islahatlar və dövlət qayğısı sayəsində bugün Silahlı Qüvvələrimiz ən müasir hərbi texnika və silah sursatla təmin olunur.

Z.Abdullayev Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi sahəsində həyata keçirilən layihələrdə, təşkil olunan tədbirlərdə kütləvi informasiya vasitələrinin fəal iştirak etdiyini bildirib. Münsiflər heyətinin sədri, polkovnik Niyaz Məmmədov müsabiqəyə 36 yazının daxil olduğunu diqqətə çatdırıb. Daha sonra qaliblərin adları açıqlanıb. Münsiflər heyətinin qərarına əsasən 1-ci yerə Firuzə Nadir, 2-cü yerə Cavid Qədir, 3-cü yerə isə Nəzrin Rüstəmova layiq görülüblər. Qaliblərə müvafiq diplomlar və mükafatlar təqdim edilib. Pepperoni pizza

Müsabiqədə iştirak edən 10 nəfər isə həvəsləndirici mükafatla təltif edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!