Səfərbərlik Xidmətinin 40 əməkdaşının işini prokurorluq araşdırır

saytların hazırlanması

Evə çatdırılma

Səfərbərlik Xidmətinin 40 əməkdaşının işini prokurorluq araşdırır

Rəsmi

02 Aprel 2025 10:39 498


Səfərbərlik Xidməti korrupsiya ilə mübarizəyə dair 2025-ci ilin I rübünü əks etdirən statistik məlumatları açıqlayıb.

Yenisabah.az xəbər verir ki, Dövlət Xidmətinin 2023-cü ildə 78, ötən ildə 249, 2025-ci ilin birinci rübündə isə 39 əməkdaşı barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb.

Bu il 3 əməkdaş mənfi motivlə ehtiyata buraxılıb və əmək müqaviləsinə xitam verilib. 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə 51 fakt üzrə 95, cari ildə isə 12 fakt üzrə 40 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilmə üçün Baş Prokurorluğa göndərilib. pizza sifarişi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!