Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən zabitinə hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən zabitinə hökm oxundu

Kriminal

23 Oktyabr 2024 16:14 952


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Nizami Rayon İdarəsinin Çağırış şöbəsinin baş zabiti vəzifəsində işləmiş Hümbət Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yenisabah.az report-a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrlik etdiyi prosesdə hökm oxunub.

Hökmə əsasən, H. Nəbiyev 8 il müddətə azadlıqdan məhrum edilib. Toyuqlu pizza

Hümbət Nəbiyevi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi saxlayıb.

İttihama görə, o, qeyd olunan vəzifədə işləyərkən vətəndaşdan müvəqqəti olaraq möhlət hüququnun verilməsi, həmçinin dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmasına dair hərbi biletin təqdim edilməsi müqabilində rüşvət tələb edib.

Hümbət Nəbiyev Cinayət Məcəlləsinin 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!