Səfərbərliyə yazılan nazir oğlanları və şəhid daxması

saytların hazırlanması

Evə çatdırılma

Səfərbərliyə yazılan nazir oğlanları və şəhid daxması

Siyasət

19 Noyabr 2021 16:10 3594


Üç gündür sosial şəbəkələrdə yuxarıda təqdim etdiyimiz fotonun şəhid dəfni olan hissəsi dolaşır. Bu, şəhidimiz Əfqan Həmzəyevin böyüdüyü daxmanın fotosudur. O, evin tək oğlu idi. İndi bu daxmanın ocağı sönüb...

İnternetdə axtarış versəniz onlarla şəhidlərimizin məhz belə şəraitsizlikdə böyüdüyü haqda qarşınıza fotofaktlar çıxar. Bəlkə də bu şəraitsizlikdə övlad böyütməyin nə qədər çətin olduğunu düşünən valideyinlər “elə bir oğulu qayğısız böyütsək bəsdir” deyə düşündükləri üçün onlar tək olurlar. Və bir gün həmin daxmanın bomboş qaldığını, buza döndüyünü görürlər.

Yuxarıdakı fotonun sol tərəfindəki isə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun övladları – Tale və Nicat Heydərovlardır. pizza mizza

“Yeni Sabah” xatırladır ki, ötən il Tovuz hadisələrində Bakıda, bölgələrdə küçə aksiyaları keçirilirdi. O zaman Ali Baş Komandan çıxışında təklif etdi ki, küçəyə çıxmaqdansa, gedib səfərbərlik xidmətində könüllü yazılsınlar və gözləsinlər. 

Yəqin yadınızdadır, məmurlar, məmur övladları, deputatından tutmuş müğənnisinə kimi prezidentin bu tövsiyəsindən sonra səfərbərlik idarəsinin qarşısında basabas salmışdılar. Kəmaləddin Heydərovun oğlanları da bu çağırışa qoşulub şou göstərmişdilər. İkisi birdən adını yazdırmışdı siyahıya. Onların müharibəyə gedib-getməməkləri haqda məsələni bir tərəfə qoyaq. Görəsən, müharibə vaxtı heç onların yadına düşdümü ki, indi bizi Vətən çağırır, getmək lazımdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!