Səfir: “Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması Aİ-nin gündəmindədir”

saytların hazırlanması

Evə çatdırılma

Səfir: “Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması Aİ-nin gündəmindədir”

Siyasət

03 May 2023 12:36 531


“Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır”.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko deyib.

Onun sözlərinə görə, Aİ sabit və təhlükəsiz Cənubi Qafqazın tərəfdarıdır. pizza mizza

P.Mixalko vurğulayıb: “Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına tərəfdardır və bunun üçün səy göstərəcək”.

Bu prosesdə o, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın rolunu qeyd edib.

Səfir bildirib ki, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması məsələsi hər zaman Aİ-nin gündəmindədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!