Səfir: Heç kim Rusiya ilə Azərbaycanın arasını vura bilməz

saytların hazırlanması

Evə çatdırılma

Səfir: Heç kim Rusiya ilə Azərbaycanın arasını vura bilməz

Siyasət

05 May 2023 16:11 577


"Heç kim Azərbaycanla Rusiya arasında mehriban qonşuluq münasibətlərinə zərbə vura və iri regional layihələrin inkişafına mane ola bilməyəcək".

Yenisabah.az “Sputnik-Azərbaycan”a istinadla xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov “Moskva-Bakı: İki paytaxtın dialoqu” konfransında deyib.

O bildirib: “Düşünürəm ki, heç kimin mehriban qonşuluq münasibətlərimizə zərbə vura bilməyəcəyinə və iri regional layihələrin inkişafına mane ola bilməyəcəyinə əminliyi ifadə etmək üçün doğru vaxt və yerdir. Məsələn, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi kimi”. Sezar pizza

Səfir xatırladıb ki, martın 17-də Azərbaycan və Rusiya Federasiyası baş nazirlərinin müavinlərinin iştirakı ilə yükdaşımaların həcminin artmasına xidmət edəcək ultramüasir “Xanoba” gömrük-sərhəd buraxılış məntəqəsinin təntənəli açılışı olub.

Boçarnikovun sözlərinə görə, 2022-ci ildə ölkələr arasında ticarət dövriyyəsi təxminən 24% artaraq 3,71 milyard dollar təşkil edib. Bundan başqa, diplomat əlavə edib ki, Rusiyadan Azərbaycana yatırılan investisiyaların ümumi həcmi 6 milyard dolları ötüb. Azərbaycanda Rusiyanın iştirakı ilə 1456 müəssisə qeydiyyatdan keçib.

“Heç kimə sirr deyil ki, dost dövlətlərimizi anti-Rusiya sanksiyalarına qoşulmağa və Rusiya ilə ticarət-iqtisadi əməkdaşlığı məhdudlaşdırmağa vadar edən Qərbin görünməmiş təzyiqləri fonunda ölkələrimiz arasında iqtisadi əməkdaşlıqda müsbət irəliləyişlər baş verir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!