Səfir: “İran mülki azərbaycanlılara qarşı amansız hücumu pisləyir”

saytların hazırlanması

Evə çatdırılma

Səfir: “İran mülki azərbaycanlılara qarşı amansız hücumu pisləyir”

Siyasət

17 Oktyabr 2022 14:44 777


“İran 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı amansız hücumunu pisləyir və Azərbaycanın acısını bölüşür”.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu 2 il əvvəl Gəncəyə raket zərbələri endirilən əraziyə bu gün baş çəkən İranın səfiri Seyid Abbas Musəvi bildirib.

O deyib: "Ermənistanın Gəncədə Azərbaycanın mülki əhalisinə qarşı bu cür qəddar hücumu bizi çox sarsıtdı". pizza

Diplomat İranın Azərbaycanın ağrısını başa düşdüyünü və bunun, Azərbaycan xalqı və bütövlükdə bəşəriyyət üçün çox ağrılı məqam olduğunu vurğulayıb:

"Bu gün biz müxtəlif ölkələrin səfirləri ilə bu qəddar hücumun qurbanlarının xatirəsini yad etmək üçün buraya gəlmişik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!