Səfir: Rusiya vasitəçiliyini davam etdirir

saytların hazırlanması

Evə çatdırılma

Səfir: Rusiya vasitəçiliyini davam etdirir

Rəsmi

09 May 2023 11:30 945


Rəhbərlərimizin məlum bəyanatlarında qeyd olunan sazişlərin həyata keçirilməsinə səylər töhfə verməlidir, bu, prinsipial, konseptual mövqeyimizdir.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin danışıb.

Onun sözlərinə görə, Rusiya məhz bunun əsasında işləyir, bu prosesin irəli getməsi üçün çox fəal səylər göstərir: pizza

“Məhz bununla biz eskalasiyanın olmayacağına, tərəflərin Cənubi Qafqazdakı bütün ölkələrin və xalqların mənafeyinə uyğun razılığa gələcəyinə təminat görürük”.

Səfir əmin edib ki, Rusiya çox fəal səylər göstərir, tərəflərlə daim təmasdadır, sülh gündəmini fəal şəkildə təbliğ edir və vasitəçilik edir:

“Biz tərəflərlə işləyirik ki, bütün nizamlanma formatları üzrə işə təkan verək, yəni üçtərəfli qrup regionda iqtisadi və nəqliyyat kommunikasiyalarını blokdan çıxarsın, sülh müqaviləsinin bağlanmasına, sərhədin delimitasiyasına doğru irəliləsin. Rusiya dəfələrlə bildirib və çox təkidlə deyir ki, bu məsələdə məsləhətçi yardım göstərməyə hazırıq. Həmçinin, üç ölkənin ictimai dairələri və parlamentariləri arasında dialoqun intensivləşdirilməsinin tərəfdarıyıq”.

Diplomat əlavə edib ki, işlər davamlı olaraq davam edir və bu səylərin öz bəhrəsini verəcəyinə ümidvar olduğunu bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!