Səfirdən AzTV-nin əməkdaşlarına hücumla bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Səfirdən AzTV-nin əməkdaşlarına hücumla bağlı açıqlama

Siyasət

29 İyun 2023 15:42 658


Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva "AzTV" əməkdaşlarına hücuma münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, səfir bu barədə tviter hesabında yazıb  və hücumu qınayıb:

"Azərbaycan Televiziyasının əməkdaşlarına qarşı Parisdə baş verən hücumu qınayırıq. Jurnalistika fəaliyyətinə qarşı olan bu əməli törədənlərin tapılması və cəzalandırılması üçün tərəfimizdən müvafiq tədbirlər görüləcək". Sezar pizza

Qeyd edək ki, AzTV-nin əməkdaşı Fransada çəkiliş aparan zaman ona hücum edilib. Jurnalistə xəsarət yetirilib, texnikaları əllərindən alınıb. Dövlət televiziyası bununla bağlı bəyanat yayıb. Bəyanatda vurğulanıb ki, AzTV-nin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar. 

Hücumda  müxbir və operator bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!