Azərbaycan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərovun Türkiyəyə girişinə qadağa qoyulması xəbəri ilə bağlı ölkənin Səudiyyə Ərəbistanında və İslam Əməkdaşlıq Təşkilatında səfiri Şahin Abdullayev açıqlama verib.
“Yeni Sabah” xəbər verir ki, səfir “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Türkiyə mediasında yayılan məlumatlar həqiqəti əks etdirmir və o, toplantıda hər hansı açıqlama verməyib: “Qeyd olunan toplantı yanvarın 15-17-də Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının mərkəzi qərargahında keçirildi. Orada onlarla məsələyə baxıldı, biri də bu məsələ idi. O toplantıda hər hansı debat olmayıb, Azərbaycanla bağlı məsələ müzakirə olmayıb. Və kimsə də müzakirə açmayıb. Türkiyə mətbuatında yayılan xəbər reallığı əks etdirmir, mən heç bir açıqlama və ya izahat verməmişəm”.
Telegram kanalımız