“Səfirimiz Niderland XİN-ə çağırılmayıb“ - Hacızadə

saytların hazırlanması

Evə çatdırılma

“Səfirimiz Niderland XİN-ə çağırılmayıb“ - Hacızadə

Siyasət

23 Mart 2023 19:20 756


"Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Niderland XİN-ə çağırılmayıb".

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə deyib.

Ermənistan mətbuatında yayılmış iddiaya əsasən, Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb və guya Azərbaycanın Laçın yolu ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin qərarının yerinə yetirilmədiyinin xatırlandığı bildirilib. A. Hacızadə bu məlumatların yalan olduğunu vurğulayıb: Dördpendirli pizza

"Ermənistan mətbuatının yaydığı bu xəbər Ermənistan tərəfinin növbəti yalan və manipulyasiyasıdır, həqiqəti əks etdirmir.

Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Niderland XİN-ə çağırılmayıb.

Səfirin XİN-də sonuncu dəfə öz təşəbbüsü ilə görüşü martın 15-də olub".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!