Səfirlər hara qədər toxunulmazdır?

saytların hazırlanması

Evə çatdırılma

Səfirlər hara qədər toxunulmazdır?

Yazar

16 Yanvar 2020 05:39 1461


Böyük Britaniyanın İrandakı səfiri Robert Macairenin paytaxt Tehranda həbs olunması diplomatların fəaliyyət göstərdikləri ölkənin daxili işlərinə qarışması məsələsini yenidən gündəmə gətirib. 

Yenisabah.az xəbər verir ki, Robert Macaire də həbs olunarkən İranın daxili işlərinə qarışmaqda, Tehrandakı Əmir Akabir Universitetində etiraz nümayişlərini təşkil etməkdə günahlandırılıb.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bu hadisəni “beynəlxalq hüququn kobud şəkildə pozulması” adlandırıb. Pepperoni pizza

Bu hadisə Britaniya və İran arasında ilk “diplomatik” qalmaqal deyil. 2011-ci ildə Britaniyanın İrandakı, 2018-ci ildə isə İranın Britaniyadakı səfirliyi hücuma məruz qalıb. Bu hadisələrdən sonra iki ölkə münasibətlərində ciddi soyuqluq yaranıb.

Zaman-zaman bu və ya digər ölkələrdə dipolmatlar ölkələrin daxili işlərinə qarışmaqda ittiham olunur. Rusiya və Britaniya arasında, eləcə də ABŞ və Rusiya arasında bu cür qalmaqallar baş verib. Azərbaycanda da bir neçə dəfə xarici ölkə diplomatlarının və ya diplomatik nümayəndəlik əməkdaşlarının daxili işlərə müdaxiləsi ilə bağlı rəsmi şəxslərin açıqlaması olub.

Ekspertlər hesab edir ki, bir çox hallarda Qərb ölkələrinin diplomatları fəaliyyət göstərdikləri ölkələrdə özlərini çox sərbəst hiss edir. Bu baxımdan fəaliyyət göstərdikləri ölkələrdə baş verən hadisələrə münasibətdə həmin ölkələrin daxili işlərinə qarışdıqlarının fərqinə varmırlar. “Bu, xüsusilə böyük güclərin diplomatik nümayəndələri üçün xarakterik haldır. Onlar məsələyə insan hüquq və azadlıqları konteksində yanaşır, amma bu zaman ölkədə stabilliyin pozula biləcəyi və bunun dəhşətli nəticələrə səbəb olacağını nəzərə almırlar. Diplomatik nümayəndəliklər problemləri qarşırdurma yolu ilə küçələrdə deyil dialoqla masa arxasında həllini təşviq etməlidir”, - deyə ekspertlər bildirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!