Ali Məhkəmədə Bakıda İsrail səfirliyini yandırmaqla bağlı polisə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Ulfan Əliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
"Yeni Sabah" pravda.az-a istinadla xəbər verir ki, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib. Dominos pizza
İttihama görə, 1990-cı il təvəllüdlü Ulfan Əliyev 2025-ci ilin yanvarında Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək İsrail səfirliyini yandıracağını, polis idarəsinə bomba qoyacağını söyləyib.
O, zəng zamanı səfirliyin qarşısında 20 metr məsafədə dayanaraq “əlinə lopa alıb” səfiri yandıracağını deyib.
Ulfan Əliyevə qarşı Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə yekun ittiham elan olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ulfan Əliyevə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Telegram kanalımız