Səhərlər niyə yorğun oluruq? -   SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

Səhərlər niyə yorğun oluruq? - SƏBƏB

Sağlamlıq

11 İyun 2025 09:24 686


Sağlam olmayan şam yeməyi və yüksək stress səviyyəsi səhərlər pis əhval-ruhiyyəyə səbəb ola bilər.

Yenisabah.az xəbər verir ki, bu barədə ispan həkim Sara Marin Berbell məlumat verib. Ekspertin sözlərinə görə, axşam yemək vərdişləri səhər özünüzü necə hiss edəyəcəyinizə birbaşa təsir edir.

"Əgər axşam yeməyi çox erkən, çox yüngül və ya əksinə, çox yağlı olsa, bir gecədə qanda şəkərin səviyyəsi kəskin şəkildə düşə bilər. Buna cavab olaraq orqanizm oyanışı stimullaşdıran adrenalin hormonu istehsal etməyə başlayır. Lakin bu, yataqdan qalxdıqdan dərhal sonra əsəbilik və güclü aclıq hissi yarada bilər", - deyə həkim izah edib. Sezar pizza

Həkim, həmçinin, səhər əsəbiliyini səhər saatlarında təbii olaraq artan stress hormonu olan kortizolun təsiri ilə əlaqələndirib. Kortizol, adrenalin kimi, bədənin oyanmasına kömək edir, lakin xroniki stress, zəif yuxu və gec yatmaq zamanı bu mexanizm "sıradan çıxır".

"Səhər saatlarında orqanizm oyanma prosesinə başlamaq üçün kortizol ifraz edir. Amma siz daim stress keçirirsinizsə, yaxşı yatmırsınızsa və ya çox gec oyanırsınızsa, kortizol səviyyəniz yüksəlir və siz həyəcan rejimində oyanırsınız", - Berbell bildirib./unikal.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!