“Səhhətim yaxşı deyil” – Əlil arabasındakı xalq artistimiz

saytların hazırlanması

Evə çatdırılma

“Səhhətim yaxşı deyil” – Əlil arabasındakı xalq artistimiz

Mədəniyyət

19 Sentyabr 2019 21:27 1206


“Səhhətim yaxşı deyil. Artıq ayaqlarım tutmur”.

"Yeni Sabah" xəbər verir ki, bu sözləri "Lent.az"a açıqlamasında Azərbaycanın Xalq artisti, xanəndə Canəli Əkbərov deyib. O bildirib ki, hazırda müalicəsinə davam edilir:

“Müalicəm bitdikdən sonra yenə Mərkəzi Klinik Xəstəxanaya müraciət edəcəm, əgər ehtiyac duyarlarsa, yenidən müalicəyə davam edəcəm. Pepperoni pizza

Dünən aşağıdan yuxarı çıxmaq istəyəndə ayaqlarım tutuldu, addım ata bilmirdim. Mənim üçün tez araba gətirib, yuxarı qaldırdılar. Hamı da himə bənddir ki, Cənəli müəllimi arabada görüb, danışsınlar. Nə bilim vallah. İnşallah, yaxşı olacaq. Mənim üçün narahat olan hamıya təşəkkür edirəm”.

Qeyd edək ki, həkimlər C.Əkbərova ürək insultu diaqnozu qoyub.

Xatırladaq ki, ustad xanəndənin müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Onu da qeyd edək ki, dünən aparıcı Hacı Nuran sosial şəbəkədə Canəli Əkbərovun əlil arabasında olan şəkillərini paylaşmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!