Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərmanda dəyişiklik edib.
“Yeni Sabah” fərmana edilən dəyişikliklərin mətnini təqdim edir:
1.1. adına və 2-ci hissəyə “hərbi qulluqçuların” sözlərindən sonra “və daxili işlər orqanları əməkdaşlarının” sözləri əlavə edilsin; Sezar pizza
1.2. preambulanın dördüncü abzasına “hərbi qulluqçuların” sözlərindən sonra “, eləcə də daxili işlər orqanları əməkdaşlarının” sözləri əlavə edilsin;
1.3. 1-ci hissəyə “vərəsələrinə” sözündən əvvəl “və daxili işlər orqanları əməkdaşlarının” sözləri, “ödəmə” sözündən sonra “(bundan sonra – birdəfəlik ödəmə)” sözləri əlavə edilsin;
1.4. 2-ci hissədə, 6.2-ci və 6.6-cı bəndlərdə “hissəsində” sözü “və 5-1-ci hissələrində” sözləri ilə, “ümumi siyahıdakı” sözləri “siyahılardakı” sözü ilə əvəz edilsin;
1.5. 3.1-ci, 3.2-ci, 6.2-ci və 6.6-cı bəndlərə “hərbi qulluqçunun” sözlərindən sonra “və ya daxili işlər orqanları əməkdaşının” sözləri əlavə edilsin;
1.6. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:
“4. Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir.”;
1.7. aşağıdakı məzmunda 5-1-ci hissə əlavə edilsin:
“5-1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş daxili işlər orqanları əməkdaşlarının siyahısını 2019-cu il fevralın 15-dək müəyyən edib Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin.”.
Telegram kanalımız