Şəhid atasını aldadaraq pulunu oğurladılar - Video

saytların hazırlanması

Evə çatdırılma

Şəhid atasını aldadaraq pulunu oğurladılar - Video

Kriminal

15 Aprel 2025 00:55 942


İsmayıllının Hacıhətəmli kəndində şəhid atasını aldadaraq pulunu oğurlayıblar.

Yenisabah.az Xəzər TV-yə istinadən məlumat verir ki, hadisə İsmayıllının Hacıhətəmli kənd sakini, şəhid atası 85 yaşlı Şamil Məmmədovun başına gəlib.

Şəhid atasının sözlərinə görə, 28-35 yaş aralığında olan iki naməlum şəxs ona məxsus evə gəlib və hədiyyə gətirdiklərini bildiriblər. pizza

Şəxslərdən biri birinci Qarabağ müharibəsi şəhidi Qadir Məmmədovun fotosunu istəyib və kişinin başını qataraq yuxarı mərtəbəyə çıxarıb. İkinci şəxs isə birinci mərtəbədə pulları oğurlayıb.

Ev sahibi oğurluq hadisəsini bilən kimi polisə məlumat verib. Araşdırma nəticəsində məsələyə hüquqi qiymət veriləcək.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!