Şəhid hərbi pilot Rəşad Atakişiyevin xatirəsi yad edildi

saytların hazırlanması

Evə çatdırılma

Şəhid hərbi pilot Rəşad Atakişiyevin xatirəsi yad edildi

Rəsmi

07 Yanvar 2025 18:15 936


İkinci Fəxri xiyabanda Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi pilotu olmuş şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, HHQ-nin bir qrup hərbi qulluqçusunun, şəhidin ailə üzvlərinin, həmçinin media nümayəndələrinin iştirak etdiyi tədbirdə hərbi pilotun məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülərək xatirəsi dərin hörmət və ehtiramla yad edilib. pizza hut

Mərasimdə general-mayor Həsən Əlövsədov çıxış edərək polkovnik-leytenant R.Atakişiyevin şərəfli xidmət yolundan, vətənpərvərliyindən və peşəkarlığından danışıb, onun gənc pilotlar üçün örnək olduğunu qeyd edib.

Bildirilib ki, polkovnik-leytenant R.Atakişiyevin xatirəsi hər zaman Azərbaycan xalqının yaddaşında yaşayacaq, fəxrlə anılacaq. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, yanvarın 7-də Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsinin pilotu, şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin doğum günüdür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!