Şəhid polkovnikin oğlu Prezidentin ona zəngindən danışdı   - Video

saytların hazırlanması

Evə çatdırılma

Şəhid polkovnikin oğlu Prezidentin ona zəngindən danışdı - Video

Xalqın səsi

15 İyul 2020 18:35 1863


Şəhid polkovnik İlqar Mirzəyevin oğlu bugünkü dəfn mərasimində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin şəhid ailələri ilə əlaqə saxlamasını yüksək dəyərləndirib.

Yenisabah.az xəbər verir ki, Unikal.org-a açıqlama verən Elvin Mirzəyev bildirib ki, Prezident şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, onlara Allahdan rəhmət, yaxınlarına səbr diləyib. Prezident İlham Əliyev qeyd edib ki, Vətən uğrunda həlak olmuş hərbi qulluqçularımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq, onların qisası alınıb və alınacaq, qanları yerdə qalmayacaq.

Şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova və Şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Prezident İlham Əliyevə telefon zənginə və başsağlığına görə minnətdarlıqlarını bildiriblər. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!