“Şəhid xanımı” görün nəyə əl atdı - İNANILMAZ!

saytların hazırlanması

Evə çatdırılma

“Şəhid xanımı” görün nəyə əl atdı - İNANILMAZ!

Kriminal

16 Sentyabr 2024 12:36 4933


Mingəçevirdə dələduzluq edən qadın tutulub. 

Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, Mingəçevir ŞPŞ-nin əməkdaşları dələduzluqda şübhəli bilinən Rəsmiyyə Kazımovanı saxlayıblar. 

Məlum olub ki, R.Kazımova zərərçəkmişə özünü şəhid xanımı kimi təqdim edərək, dövlət tərəfindən veriləcək fərdi yaşayış evini ona pay edəcəyini bildirib. O, sənədləşmə üçün həmin şəxsin 22 500 manat pulunu dələduzluqla ələ keçirib.  Dördpendirli pizza

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə R.Kazımova barəsində həbs qətimkan tədbiri seçilib. 

Onun analoji əməllərindən zərər görən başqa şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!