Şəhid anası vəfat etdi -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Şəhid anası vəfat etdi - FOTO

Hadisə

01 Mart 2026 13:59 488


Birinci Qarabağ müharibəsinin şəhidi Şirzad Həsənovun anası Adilə Həsənova vəfat edib.

Bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.

Şəhid anasının xəstəlikdən dünyasını dəyişdiyi bildirilib.   pizza hut

Qeyd edək ki, Həsənov Şirzad Nüsrət oğlu 1966-cı il iyun ayının 22-də Qubadlı rayonunun Tarovlu kəndində anadan olub. 1983-cü ildə Çardaxlı kənd orta məktəbini bitirib. 1985-ci ildə sovet ordusu sıralarına çağırılıb. 1987-ci ildə hərbi xidməti başa vurduqdan sonra vətənə qayıdıb. 1987-ci ildə rayon istehlak cəmiyyətinin inşaat briqadasında quraşdırıcı usta kimi əmək fəaliyyətini davam etdirib. 

Birinci Qarabağ müharibəsi başlayanda özünümüdafiə dəstələrinə qoşulub. 1990-cı il aprelin 9-da Qubadlıda şəhid olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Nüsrət
    Allah rəhmət eləsin nur üzlü əmim və nənəm ????????
    6 days ago