Şəhidimiz dəfn edildi – Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Şəhidimiz dəfn edildi – Fotolar

Hadisə

22 Sentyabr 2019 15:35 1697


Sentyabrın 20-də gecə saatlarında hərbi hissələrdən birində xidməti borcunu yerinə yetirərkən həlak olmuş Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Elyarbəy Beyqalı oğlu Samux rayonunun Sarıqaya kəndində torpağa tapşırılıb.

“Yeni Sabah” xəbər verir ki, hərbi qulluqçunun dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin əməkdaşları, şəhidin yaxınları, ictimaiyyətin nümayəndələri, kənd sakinləri iştirak ediblər.

Dəfn mərasimində çıxış edənlər hərbi qulluqçunun ailəsinə başsağlığı verib, torpaqlarımızın azadlığı uğrunda həlak olan qəhrəman oğullarımızın qanının yerdə qalmayacağını, tezliklə düşməndən qisas alınacağını bildiriblər. pizza

Hərbi qulluqçunun nəşi torpağa tapşırılıb, məzarı üstünə əklil və qərənfillər qoyulub.

Tabutun üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı E.Məmmədovun ailəsinə təqdim edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!