Şəhidimizin adına olan mərkəz biabırçı durumda

saytların hazırlanması

Evə çatdırılma

Şəhidimizin adına olan mərkəz biabırçı durumda

Rəsmi

22 Mart 2019 21:18 960


Laçının müdafiəsi uğrunda şəhid olan hərbçimiz Əhməd Kərimovun adını daşıyan Mədəniyyət Mərkəzinin fotosu yayılıb. 

Ağcabədi rayonunda yerləşən bu tikilinin qarşısında onun adını ifadə edən yazı olmasa tövlədən heç bir fərqinin olmadığını demək olar. Mədəniyyət Nazirliyinin Ağcabadi regional İdarəsinin tabeçiliyində olan bu mədəniyyət evi həm yerli rəhbərliyin , həm də nazir Əbülfəs Qarayevin diqqətindən kənarda qalıb.

Laçın köçkünləri şəhidin bur formada hörmətsiz olmasındansa onun adının qapıdan götürülməsini istədiklərini deyiblər: “Təsəvvür edin ki, hansısa məktəbliləri gətirib şəhidin adını daşıyan mərkəzlə tanış edirik. O şagirdlərin təsəvvüründə şəhidə münasibətin necə formalaşdığını düşünün”.  pizza

Xatırladaq ki, Ərəsdun Əhməd oğlu Kərimov Laçın rayonunun Mişni kəndində anadan olub. İşğal zamanı sonadək ermənilərlə döyüşüb. Sonda əsir düşməmək üçün 3 əsgəri ilə birlikdə özlərini qumbara ilə partladaraq Şəhid olub.

Gununsesi.org

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!