Şəhidlər xiyabanında əxlaqsız videolar çəkən əcnəbilər şikayət verdilər

saytların hazırlanması

Evə çatdırılma

Şəhidlər xiyabanında əxlaqsız videolar çəkən əcnəbilər şikayət verdilər

Kriminal

12 Yanvar 2026 11:31 455


Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan Səudiyyə Ərəbistanının üç vətəndaşı - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad barələrindəki hökmdən apellyasiya şikayəti veriblər.

"Yeni Sabah" report-a istinadla xəbər verir ki, şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin hökmü ilə onlar 2 il müddətə azadlıqdan məhrum ediliblər. Dominos pizza

Hadisə ötən ilin avqust ayında baş verib.

İttihama görə, sözügedən şəxslər Şəhidlər xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri-etik hərəkətlər ediblər və orada çəkdikləri videonu sosial şəbəkədə yayıblar.

Alzaman Mahdi Ali, Alqhabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə ittiham olunurlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!