Səhiyyə Nazirliyi gücləndirilmiş rejimə keçdi

saytların hazırlanması

Evə çatdırılma

Səhiyyə Nazirliyi gücləndirilmiş rejimə keçdi

Sağlamlıq

29 May 2019 12:53 1200


Səhiyyə Nazirliyi bu gün Bakıda keçiləcək Avropa Liqasının final oyunu ilə əlaqədar  gücləndirilmiş iş rejimində çalışacaq. 

Bu barədə "Yeni Sabah"a nazirlikdən məlumat verilib. 

Bildirilib ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 39 təcili yardım avtomobili azarkeşlərə və komanda heyətlərinə xidmət göstərəcək.  pizza

Bundan başqa 1 saylı Kliniki Tibbi Mərkəzdə 90, 3 saylı Kliniki Tibbi Mərkəzdə 50, Mərkəzi Neftçilər Xəstəxanasında 25, Respublika Neyrocərrahiyyə Xəstəxanasında 30 çarpayılıq yerlər ayrılıb. 

Tədbir keçiriləcək müddətdə qeyd olunan xəstəxanalarda təcrübəli mütəxəssislərin (onların arasında ingilis dili bilən olmaqla) növbətçiliyi təşkil olunub. "9103 qaynar xətt" xidməti 24 saat gücləndirilmiş iş rejimində çalışacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!