Səhiyyə Nazirliyi xəstəxana tikintisi üçün şirkət axtarır

saytların hazırlanması

Evə çatdırılma

Səhiyyə Nazirliyi xəstəxana tikintisi üçün şirkət axtarır

Sağlamlıq

07 Fevral 2019 13:01 1267


Səhiyyə Nazirliyi Qəbələ Rayon Mərkəzi Xəstəxanasının tikintisi üçün tender elan edib.

“Yeni Sabah”ın məlumatına görə elanda bildirilir ki, hazırda tikinti 2-ci mərhələdədir, yəni başlamış tikintinin davamı üçün iddialı şirkət axtarılır.

Tender 1 lot üzrə keçiriləcək. Tenderdə iştirak etmək istəyən hüquqi şəxslər zəruri sənədlərə malik olmalıdırlar.  Tikinti - quraşdırma işlərinin həyata keçirilməsi barədə lisenziya, müəssisənin maddi- texniki bazası və kadr potensialı barədə təsdiq edilmiş məlumat həmçinin səhiyyə obyektlərinin təmir - tikintisi sahəsində ən azı 3 illik iş təcrübəsi və maliyyə dövriyyəsi (10,0 milyon manatdan az olmamaq şərtilə) haqqında təsdiq edilmiş sənədləri olan müəssisələrə üstünlük veriləcək.  pizza sifarişi

Tenderdə iştirak etmək və əsas şərtlər toplusunu almaq üçün iştirakçılar Lot üçün 300 manat iştirak haqqı tələb olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!