“Səhnə üçün darıxıram”   – Çingiz Əhmədov 

saytların hazırlanması

Evə çatdırılma

“Səhnə üçün darıxıram” – Çingiz Əhmədov 

Mədəniyyət

11 Aprel 2020 15:09 1356


“Karantin qaydalarına ciddi riayət edirik. Özümüzü qorumaq üçün tövsiyələrə əməl etmək vacibdir”.

Bu sözləri Yenisabah.az-a Əməkdar artist Çingiz Əhmədov koronavirus pandemiyası ilə əlaqədar ölkədə elan edilən karantin rejimindən danışarkən söyləyib. 

Aktyor evdən çıxmadığını, yalnız çəkilişlərə getdiyini deyib: “Hər şey normaldır. Çəkilişim olanda gedib, gəlirəm, amma teartrımız fəaliyyətini dayandırıb. Çəkiliş üçün dəvət alanda gedirəm. Səhnə üçün darıxıram. “Hicran” tamaşasını hazırlayırdıq, bir dəfə oxunuş oldu, ondan sonra teatr fəaliyyətini dayandırdı və yarımçıq qaldı. Hələ ki, dayanmışıq, hamı necə mən də elə. Gözləyirik ki, görək nolacaq. Görək nə qarar çıxır ondan sonra fəaliyyətimizə başlayacağıq. Evdə boş dayanmıram olur ki, film ssenarisi yollayırlar, filmlərin ssenarisini oxuyuram, baxıram, qiymətləndirirəm. Köhnə əsərləri yada salıram, televiziyada maraqlı kino rastıma çıxsa ona baxıram, hind filmlərini araşdırıram. Dostlarla, qohumlarla telefonla danışıram, görüşmürük. Hamımız qaydalara riayət edirik, özümüzü qoruyuruq. Çalışırıq qorunaq”. Sezar pizza

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!