Səhnəmizin Qayınanasının ad günüdür   – 103 yaşı olur

saytların hazırlanması

Evə çatdırılma

Səhnəmizin Qayınanasının ad günüdür – 103 yaşı olur

Mədəniyyət

20 Aprel 2020 09:57 1086


Bu gün Xalq artisti Nəsibə Zeynalovanın ad günüdür. 

Yenisabah.az xəbər verir ki, o, 20 aprel 1917-ci ildə Bakıda anadan olub. 1941-ci ildə Teatr Texnikumunu bitirib, Musiqili Komediya Teatrında işləməyə başlayır. Azərbaycan kino sənətinə «Qayınana», «Ulduz», «Bağlı qapı», «Yuxu» kimi əvəzolunmaz incilər bəxş edib. 

N.Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi şöhrət tapıb. Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 1960-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1967-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. 1974-cü ildə "Hicran" musiqili komediyasındakı Qızbacı roluna görə Nəsibə Zeynalovaya Azərbaycanın Dövlət Mükafatı laureatı olub.  Toyuqlu pizza

Aktrisa 10 mart 2004-cü ildə dünyasını dəyişib.

Allah rəhmət eləsin!

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!