Şeirləri Ermənistanda çap olunan azərbaycanlı yazar danışdı

saytların hazırlanması

Evə çatdırılma

Şeirləri Ermənistanda çap olunan azərbaycanlı yazar danışdı

Yazar

22 Noyabr 2022 12:22 7343


Xəbər verdiyimiz kimi, azərbaycanlı şairlərin şeirləri İrəvanda nəşr olunan antalogiyaya salınıb.

Erməni jurnalist Yuri Manvelyanın təşəbbüsü və baş redaktorluğu ilə nəşr olunan antalogiyaya, Azərbaycanın tanınmış şairləri Rasim Qaracanın, Həmid Herisçinin, Aqşin Yeniseyin və Nərmin Kamalın da şeirləri erməni dilinə tərcümə olunaraq daxil edilib.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan yazıçı, publisist Həmid Herisçi bu məsələdən xəbərdar olduğunu deyib: Toyuqlu pizza

“Vallah, mənim özümə də bu məsələ təəccüblü gəldi, maraqlıdır. Niyəsə çap ediblər. Ən maraqlısı odur ki, bunu özləri ediblər, öz təşəbbüsləridir. Bilmirəm o şeirləri kim, necə seçib, necə tərcümə edilib, amma hər halda fakt özü maraqlıdır. O siyahıda tək mən deyiləm. Deməli, erməni ədəbiyyatçıları Azərbaycan ədəbiyyatına pənah gətiriblər. Bunu niyə etdikləri mənim özümə də maraqlıdır. Əvvəla araşdırmaq lazımdır ki, o şeirləri necə seçiblər, düzgün tərcümə ediblərmi?  Mənim “Cəlladla üz-üzə” və iki başqa şeirim orada çap olunub. Heç özüm də bilmirəm başqa hansı şeirlərim çap olunub”. 

ƏSMƏTXANIM 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!