Şəkidə antik dövrə aid qəbirlər aşkarlandı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə antik dövrə aid qəbirlər aşkarlandı - Fotolar

Mədəniyyət

10 Oktyabr 2019 12:54 1156


Şəkidə arxeoloji qazıntılar zamanı qəbirlər aşkarlanıb.

"Yeni Sabah" Oxu.az-a istinadən xəbər verir ki, qazıntılar rayonunun Fazil kəndində, Təpə Başı adlanan ərazidə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun antik dövr arxeologiyası şöbəsi və Qazaxıstanın Berel arxeoloji qoruğu arasında imzalanan müqaviləyə əsasən aparılır. 

Qazıntılar antik və dəmir dövrünün izlərini üzə çıxarıb. pizza hut

AMEA  Arxeologiya və Etnoqrafiya İnstitutundan bildirilib ki, qazıntılar zamanı aşkar edilmiş tapıntılar bir dövrdən digərinə keçidin izlərini daşıyır. 

Ərazidə beş qəbir və üç qurbangah aşkar edilib. Qəbirlərin müxtəlif dövrlərə aid olduğu ehtimal edilir. Hazırda ərazidə qazıntı işləri aparılır, qazıntıların fotoplanları hazırlanır.

İşlər yekunlaşdıqdan sonra tapıntıların bir qismi ərazidə yerləşən “Əbədi süküt labirinti” muzeyində sərgilənəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!