Şəkidə canavarın hücumuna məruz qaldı -   Əməliyyat üçün Bakıya gətirildi

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə canavarın hücumuna məruz qaldı - Əməliyyat üçün Bakıya gətirildi

Sağlamlıq

25 Dekabr 2025 12:16 675


Dekabrın 20-si axşam saatlarında Şəkinin Bideyiz kəndində canavar hücumuna məruz qalaraq xəsarət alan şəxslərin son vəziyyəti məlum olub.

Şəki Rayon Mərkəzi Xəstəxanasından “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 21-də saat 22:50 radələrində canavar dişləməsi səbəbilə iki nəfər təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Onlardan birinin - qadının vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb. Dördpendirli pizza

Digər yaralı - kişi cinsli şəxs daha ixtisaslı tibbi yardım alması üçün Respublika Klinik Xəstəxanasına təxliyə olunub. 2020-ci il təvəllüdlü pasiyentin hazırda üz-çənə cərrahiyyəsi şöbəsində müalicəsi davam etdirilir.

“Aparılan müayinələr nəticəsində xəstəyə göz yuvası və yanaq nahiyəsinin açıq yarası, alın nahiyəsinin sınığı, qanaxma və dişlənmə diaqnozları qoyulub. Vəziyyəti orta ağır qiymətləndirilir. Göz nahiyəsində şişkinlik müşahidə olunduğu və quduzluq əleyhinə peyvəndlərin vurulması davam etdiyi üçün əməliyyatın tarixi xəstənin vəziyyətinə uyğun olaraq müəyyən ediləcək”, - xəstəxanadan bildirilib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!