Şəkidə oğurluq etdiyi evi yandıran şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə oğurluq etdiyi evi yandıran şəxs tutuldu

Hadisə

10 Oktyabr 2025 09:11 302


Şəki rayonunun Vərəzət kəndində oğurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Yeni Sabah"a bildirilib ki, gecə saatlarında evlərdən birinə daxil olan naməlum şəxs əvvəlcə oradan 3 min manat dəyərində qızıl-zinət əşyalarını, eləcə də 2 min manata yaxın pulu ələ keçirib və daha sonra iz itirmək məqsədilə həmin evi yandırıb.

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişin qonşusu, 30 yaşlı Elmin Camalov saxlanılıb. O, evdə heç kimin olmamasından istifadə edərək həmin ünvana daxil olduğunu və əməlini həyata keçirdikdən sonra oğurluq etdiyi otağı yandırdığını bildirib. Oğurlanmış pul və qızıl-zinət əşyaları saxlanılan şəxsin avtomobilindən, eləcə də işlədiyi bərbərxanadan aşkarlanaraq maddi sübut kimi istintaqa təqdim edilib. Marqarita pizza

Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!