Şəkidə qadın özünü bıçaqladı

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə qadın özünü bıçaqladı

Hadisə

05 Oktyabr 2019 08:03 946


Şəki sakini ehtiyatsızlıqdan özünü bıçaqlayıb.

“Yeni Sabah” “Report”a istinadən xəbər verir ki, səhər saatlarında Şəki rayon Mərkəzi Xəstəxanasına bıçaq xəsarəti ilə şəhər sakini, 1985-ci il təvəllüdlü Gülşən Rafiq qızı Yusubova daxil olub.

Müayinə zamanı 34 yaşlı Gülşən Yusubovaya sağ qabırğaaltının kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. G.Yusubovanın dediyinə görə, o, yaşadığı evdə yıxılıb, əlindəki bıçaq isə bədəninə batıb. Sezar pizza

Faktla bağlı araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!