Şəkidə toyda 21 nəfər zəhərləndi

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə toyda 21 nəfər zəhərləndi

Kriminal

27 Avqust 2019 15:26 1028


Şəkidə toyda kütləvi zəhərlənmə olub.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən "Yeni Sabah"a bildirilib ki, rayonun Çeşməli kəndində eyni toyda iştirak edən 21 nəfər, toy mərasimindən sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Müraciət edənləri müayinə edən həkimlər onlarda disbakterioz aşkarlayıblar. Sezar pizza

Xəstələrə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.

Qeyd edək ki, bağırsaq disbakteriozu – bağırsaqda “yaxşı” mikroorqanizmlərin sayının kəskin şəkildə azalması və “pis” mikroorqanizmlərin sayının isə xeyli dərəcədə artması zamanı yaranan haldır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!