Şəkidə yaralananlarla bağlı son xəbər

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə yaralananlarla bağlı son xəbər

Rəsmi

14 İyul 2019 18:19 1519


İyulun 14-də günorta saat 12 radələrində Şəki Xan Sarayının qarşısında baş vermiş hadisə - çinar ağacının budağının qırılaraq yerə düşməsi nəticəsində xəsarət alan 19 nəfərdən 12-si Azərbaycan, 5-i Suriya, 2-si isə Rusiya vətəndaşıdır.

“Yeni Sabah” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Şəkidə jurnalistlərə açıqlamasında bildirib.

O, qeyd edib ki, xəsarət alanların hamısı təcili olaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların əksəriyyətinin vəziyyəti stabildir. Dörd nəfərin səhhəti isə ağır olduğundan Bakıdan gələn təcrübəli həkim-mütəxəssislər onların paytaxta göndərilməsi barədə qərar veriblər. Hazırda onlardan üçü FHN-nin helikopteri, biri isə təcili yardım avtomobili ilə Bakının tibb müəssisələrinə göndərilir. Dördpendirli pizza

Qurumun sədri bildirib ki, hadisə baş verən kimi Dövlət Turizm Agentliyinin rəhbərliyi Şəkiyə gəlib. Digər əlaqədar dövlət qurumlarının nümayəndələri də hadisə ilə bağlı Şəkidədirlər.

Agentliyin sədri bildirib ki, sosial şəbəkələrdə hadisə zamanı ölənlərin də olduğu barədə məlumatlar yayılır. Bu, tamamilə yanlış məlumatdır. Hadisə zamanı yalnız 19 nəfər müxtəlif dərəcədə xəsarətlər alıb.

F.Nağıyev baş vermiş hadisə nəticəsində xəsarət alan şəxslərin sağlamlıq durumunun dövlət başçısının xüsusi nəzarətində olduğunu vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!