Kvant psixoloqu Gülnara İnanc Modern.az saytına geniş müsahibə verib. “Yeni Sabah” həmin müsahibənin bir hissəsini təqdim edir:
- Cəmiyyət, ailə, fərdi həyatda insanların problemləri çoxdur. Kvant şüuru bu problemlərin kökünü nə dərəcədə effektiv araşdırıb ortaya qoya bilir?
- Gəlin, bir az uzaqdan başlayaq. Ailə probleminin yaranma səbəbi, vaxtı var. İstənilən problem həmin anda yaranmır. Məsələn, ailədə problem iki cütlük evlənəndə yaranmayıb. Marqarita pizza
O problem cütlüklərdə ayrı-ayrılıqda yaranıb, sonra onlar birləşəndə problemlər böyüyüb. Alimlər də sübut edib ki, kainat fikirlərdən ibarətdir. Mən neqativ düşünürəmsə, neqativ, pozitiv düşünürəmsə, pozitiv yaşayıram. Yəni, mən səhər durub “nə bədbəxtəm, yenə maaş verilməyib” və ya başqa neqativ şeylər desəm, gedib mənfi məqamlarla rastlaşacağam. Əgər səhərimi açıb “mən zənginəm, mən uğurluyam, mən xoşbəxtəm” desəm, o zaman müsbət şeylər qarşıma çıxacaq. Bilirsiniz niyə? Axı kainat bizimlə danışır, o insanların, hadisələrin vasitəsi ilə bizimlə həmsöhbət olur.
Pozitiv düşünmək və özünü əsl mənada pozitiv hiss etmək çox vacibdir. Yalandan “mən xoşbəxtəm, təmizəm” deyib, ağlıma qara-qura fikirlər gəlirsə, bu zaman mən xoşbəxt olmayacağam. Yəni o xoşbəxtliyi hiss etməliyəm.
- Ortaya məntiqi sual çıxır. Mənim nəzərimdə, dünyada edilən dualar daha çoxdur. Bəs dünyada niyə neqativlər çox olur?
- Neqativlər çox deyil. Ağ kağıza bir qara nöqtə qoyulsa, hamı onu görəcək. Amma görün nə qədər hissə ağdır! Dünyada qara çox olsaydı, çoxdan məhv olmuşduq. Kainatımızda ağlar çoxdur.
- Amma elə qara şeylər olur ki, insan dəhşətə gəlir. Məsələn, güllə yağışı altında, körpələrin məhv olması, onların iniltisi, qadınların, qocaların dramatik görüntüləri kimi. Bəs bunlar nədir?
- Mən karmaya inanıram. Karma ruhun bədəndən bədənə keçməsidir. Quranın özündə də bu, sətiraltı yazılıb. Mənim öz karmik həyatım uşaqlıqdan yadımdadır. Mən ədaləti onda tapdım. Mən körpələr, balaca uşaqların ölüm səbəbini bildim. Dərk etdim ki, körpə uşaqlar o biri həyatında ağır cinayət etdiyinə görə, onlar, vəhşicəsinə ölməlidir.
- Qəribədir. Fərz edək ki, bir insandır, məsumdur, heç bir bəd əməli yoxdur. Amma qarşısına elə adamlar çıxır ki, ona çoxlu problemlər yaradır. Mən də sual edirəm – o adam nə edib ki?
- İnsanın inkişaf mərhələləri var. Ruh inkişaf etdikcə, oradakı proseslər də artıq dəyişir. Heç kim özünü qüsurlu hesab etmir. Bəs niyə bizim həyatımızda problemlər yaranır? Karmaya müraciət edək. Buna genetika da deyə bilərik. Nə zamansa, sənin ulu baban adam başı kəsibsə, sən onun əzabını çəkirsən. Bir ailə var idi. Kişinin həyat yoldaşı intihar etmişdi. Məlum oldu ki, həmin xanımın nəslində də əvvəllər intiharlar olub. Nəsildə olan problemlər davam edir.
İndi siz dediyiniz kimi, fərz edək ki, mən məsumam. Amma qarşıma pis insanlar çıxır. Deməli, nəslimdə pis insanlar olub ki, mən də onun cəzasını çəkirəm. Ona görə də, qarşıma pis insanlar çıxır.
Çox deyirlər ki, filankəs yaxşı adam idi, o niyə ölməli idi?! Baxın, səbəblərdən biri də budur.
İkincisi isə dərsdir. Maddiyyatda görünən son nəticə də orada yaranmayıb. Bütün nə varsa, hamısı kvant sahəsində mövcuddur.
Üçüncü versiyaya gələk. Məsələn, başıma daş düşənə, pis iş gələnə qədər mənə dəfələrlə xəbərdarlıqlar olunub. Amma mən onu hiss etməmişəm, gələn mesajları başa düşməmişəm. Söhbət “qarşımdan qara pişik keçdi” kimi mövhumatlardan getmir.
Kiminləsə işgüzar danışıqlara gedirik, amma başımıza pis iş gələ bilər. Buna görə də, mütləq maşınımız qəzaya düşməlidir ki, biz orada 100 manat itirək, gələcəkdə 100 min manat itirməyək.
***
- Pasiyentləriniz əsasən, hansı kateqoriyadan olan problemli adamlardır?
- Biznes, ailə məsələləri, intihar hadisələri ilə bağlı mənə müraciət edirlər. Bir sözlə, həyatını dəyişmək istəyən insanlar mənim konsultasiyama yazılırlar.
- Kvant şüuru cadunun, falın da praktiki təsirini təsdiqləyir?
- Kvant şüuru akademik biliklər üzərində qurulub. Cadu, tilsim fikirlərin, enerjilərin, hisslərin məqsədyönlü ötürülməsidir. Cadu edən adamlar isə bütün gücünü, ruhunu toplayır ki, insanlara qarşı neqativ göndərsinlər. Vacib deyil ki, onlar hamısı oturub dua yazsınlar. Mən demirəm ki, cadu yoxdur, sadəcə o, enerjidir. İnsan öz fikirləri ilə problemləri yaradır. Falçı yanına da gedəndə, falçı qayıdıb deyir ki, sənə cadu olunub. Halbuki, heç kim cadu etməyib, mən onu öz içimdə, əməlimlə, həyat tərzimlə yaratmışam. Burada məndən xoşu gəlməyən gəlinimin, qonşumun günahı yoxdur ki, o fikirlərlə yaşayıram. Ekstrasenslik çox təhlükəli bir sahədir.
- Sualıma tam olaraq cavab almadım. Siz cadunun, tilsimin, ovsunlamağın praktiki təsirinə inanırsınız?
- Təbii ki, cadu var. Amma insanın həyatını onunla dəyişmək mümkün deyil.
- Mövzunun istiqamətini dəyişək. 2018-ci ilin statistikasına görə, Azərbaycanda 14857 boşanma olub. Balaca ölkə üçün boşanma hallarını əks etdirən bu rəqəm çox böyükdür. Boşanmaların çoxalmasının dərin psixoloji səbəbləri nədir?
- Əvvəla düşünmək lazımdır ki, uşaq hansı ailədə böyüyüb və ailə münasibətləri necə olub. Səbəblərdən biri budur. Uşaq ailədə hansı münasibətləri görübsə, onu ideallaşdırır, o cür ailə axtarır. Qız atası kimi ər, oğlan da anası kimi qadın axtarır. Və ya qorxur ki, atası kimi ər ya da anası kimi qız tapacaq. İkincisi isə münasibətlər pisdirsə, uşaq üsyan edərək “mən bu cür ailə istəmirəm” deyir. İnsan da üsyan etdikcə, qarşısına elə o cür ailə çıxacaq. Geştald psixologiyada deyilir ki, hər bir şey – bütün komplekslər, problemlər uşaqlıqda gizlənib.
İnsanın ailəsi pis olanda da, evlənmək istəyəndə ideal bir ailə qurmaq istəyi ilə yaşayır. İdeal axtaranda da, problemlər yaşanır. İnsan ideal axtardıqca, ilahi qüvvə o ideallığı dağıdır.
Mənim yanıma gələnlərdən biri içirdi. Soruşdum ki, niyə içirsən? Dedi ki, vaxtı ilə atası da içib. O da atası kimi olmaq istəməyib, o cür ailəyə nifrət edib. Amma özü də axırda o cür olub. Biz boşanmaların səbəbini faktın özündə yox, mahiyyətində axtarmalıyıq. İctimai fikrin də bizlərə təsiri var. Biz normal halda başqalarının fikrini düşünürük. Bəzən insanlar tez-tez acır, yemək yeyir. Düşünmək lazımdır ki, həmin anda hansısa insan başqa bir yerdə acdır. Mən də o informasiyanı permanent kimi qəbul edirəm ki, özüm acam.
Azərbaycan xalqı spesifik, ənənələrlə yaşayan toplumdur. Ya hər şeyi qəbul edir, ya da hər şeyi rədd edir. Cəmiyyətdə müasir dövrün çağırışları var. Avropa həyat tərzi fərqlidir. Amma onların həyat tərzi ucdantutma boşanmalardan ibarət deyil.
- Boşanma tək Azərbaycana xas deyil. Qərbdə də boşanmalar olur, xüsusilə Amerikada ildən-ilə boşanma halları çoxalır.
- Baxın, səbəblər kasıblıq ya da hansısa bir maddi problemlə əlaqəli deyil. Azərbaycanda deyirlər ki, qız 20 yaşında mütləq ərə getməlidir, oğlan 25 yaşına çatdı, mütləq evlənməlidir. Çox zaman uşaqların yerinə valideynlər qərar verir, məsələlərini həll edirlər.
İlk baxışdan açıq fikirli görünən insanlar da görürsən ki, övladının yerinə qərar verir. Axı insanın seçim hüququ var. Boşanmaların səbəblərindən biri də budur ki, cütlüklər ailə qurarkən özləri seçmirlər.
- Boşanmaların bir səbəbi də evli kişi və ya evli qadınların özlərinə başqa partnyor axtarmasıdır, el dili ilə desək, xəyanət. Bu mövzuda siz nə düşünürsünüz, xəyanətə görə boşanma faizi nə qədərdir?
- Bir müddətdən sonra sevgi deyilən hiss avazıyır. Bu müddət, 1 il, 5 il, 10 il, 20 il də ola bilər. Çox nadir hallarda olur ki, cütlüklər 50 il bir yerdə sevgi ilə yaşayırlar. Bizdə xüsusi texnikalar var. Ürəkdə sevgi hissini böyütməklə sevgi hissini yenidən gücləndirmək olur. Dediyimiz müddət bitəndən sonra qadın və ya kişi üçün qarşısındakı həyat yoldaşı maraqlı deyil. Bu hal xüsusilə uşaq doğulandan sonra özünü göstərir.
Əvvəllər belə hallar kişilərdə çox idisə, indi qadınlar da bu baş verir. Bəzən qadın gəlir, mənə deyir ki, ərinin xəyanət etdiyindən şübhələnir. Mən sual edirəm ki, nəyə görə belə düşünür? Deyir ki, ərinin telefonuna baxıb. Bəs yaxşı, sən hansı ixtiyarla həyat yoldaşının telefonuna baxırsan?! İnsanı nəzarətlə özünə bağlayıb saxlamaq olmaz. Mən yoldaşının xəyanətindən şübhələnənlərə deyirəm ki, içlərində sevgini artırsınlar. İnsan sevgini artırsa, daim vurğunluq halında olur.
- Evli kişilər var ki, həyat yoldaşı ilə də münasibətləri normaldır, amma daim özünə başqa partnyorlar da axtarır. Və onu da bilir ki, seçdiyi partnyor da xanımı qədər sevgi göstərməyəcək. Amma yenə də onunla münasibət yaşayır, cinsi əlaqədə olur. Bu psixoloji problemdir ya cinsi tələbatın həddindən artıq olmasından irəli gəlir?
- Oğlanla qızın evlənməyinin səbəblərindən biri də cinsi tələbatı ödəməkdir. Bu hal isə normal deyil, bunun üçün evlənməzlər. Cinsi təminat üçün evlənsən, seçdiyin həyat yoldaşı sənə uyğun gəlməyə bilər. Seks də bir enerjidir. Seksdə də uyğun gəlməyəndə insanın həyat yoldaşına marağı itir.
Düşünürəm ki, Qərbdəki yanaşma, yəni əvvəlcə qızla oğlanın bir yerdə yaşayıb, cinsi əlaqədə olub, sonra evlənməsi daha doğrudur. Ancaq bizim cəmiyyət üçün doğru deyil. Həmişə deyirəm ki, Azərbaycanda bir oğlan cinsi münasibətdə olduğu qızla evlənməyəcək.
Kişi başqa qadının yanına niyə gedir? Səbəb yalnız xanımı ilə fiziki tələbatının ödənməsində deyil. İnsan daim təzə bir şey axtarır. Axı vurğunluq halı onda çoxdan keçib. O, sağına da, soluna da baxır. Amma elə hallar olur ki, ərli biri başqasını sevir. Ötən günlərdə bir xanımla danışdım. Bir kişinin artıq ikinci arvadıdır, amma yenə də başqasını sevir. Kişi arvadından kənar başqa qadınla görüşürsə, bu, o demək deyil ki, həmin qadın da pozğundur.
- Yanınıza xəyanət edib, bundan əzab çəkənlər gəlir?
- Qadınlardan olub. Qadın ərinə xəyanət edib əzab çəkir, amma özünü də idarə edə bilmir. Əvvəl sevdiyi biri ilə rastlaşıb, kövrəlib, özünü idarə edə bilmir.
Telegram kanalımız